Xaçmaz rayon sakini Bakıda kirayədə yaşadığı B.Çobanzadə küçəsindəki evdə özünü öldürmək istəyib. Bu barədə ShimalNews 10 iyun tarixində “Qafqazinfo”ya istinadən məlumat verir.
Bildirilib ki, narkotik aludəçisi olan 26 yaşlı qız 16 mərtəbəli binanın 15-ci mərtəbəsinin pəncərəsindən özünü atmaq istəyib. Polis intiharın qarşısını alıb və həmin şəxs qeydiyyatda olduğu reabilitasiya mərkəzinə təhvil verilib.