Xaçmaz şəhərində Uşaq Musiqi Məktəbinin təmiri dekabr ayına qədər yekunlaşacaq. Bu barədə 14 sentyabr tarixində Shimal.News-a məlumat daxil olub.
Binanın bir hissəsi artıq təmir olunub. Hal-hazırda dam örtüyünün quraşdırılmasının işləri görülür. Sonda isə məktəb yeni tədris avadanlıqları ilə təmin ediləcək.
Yeni tədris ilində isə dərslər Heydər Əliyev adına Mədəniyyət Mərkəzində keçiriləcək.
1963-cü ildə Quba musiqi məktəbinin filialı kimi Xaçmaz şəhər Uşaq Musiqi Məktəbi fəaliyyətə başlamışdır. 1965-ci ildən sərbəst məktəb kimi fəaliyyət göstərir. 1968-ci ilə qədər Xaçmaz şəhər Mədəniyyət evinin binasında, 1969-cu ildən hal-hazıradək isə uyğunlaşdırılmış binada yerləşir.

[caption id="attachment_4219" align="alignnone" width="225"]
Foto Shimal.news[/caption]