Xaçmaz gəncləri bu gün "Özgüvən" təlimində iştirak edə bilərlər. Bu barədə 24 sentyabr tarixində məlum olub.
Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı ilə psixoloq və neyroelm mütəxəssisi Aydan Xasməmmədova tədbir keçirəcək. Burada gənclərin psixoloji vəziyyətini və özgüvənini möhkəmləndirmək üçün məsləhətlər veriləcək.
Bu gün saat 20:00-da, "zoom" platforması vasitəsilə təlimdə iştirak etmək olar. Bunun üçün öncədən qeydiyyatdan keçmək lazımdır.