Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimovun Xaçmaz sakinlərini qəbul günü dəyişib. Bu barədə ShimalNews 6 iyun tarixində məlumat verir.
Qəbul iyunun 12-də keçiriləcək. Bundan öncə iyunun 6-sı təyin edilmişdir.
Burada iştirak etmək istəyənlər nazirliyə rəsmi şəkildə ([email protected] elektron ünvanı və ya poçt vasitəsilə) müraciət edərək və ya “142” Çağrı mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.
Vətəndaşlar nazirliyin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciət edə bilərlər. Onlar əvvəlcədən tərtib edilmiş siyahı üzrə qəbul ediləcəklər.