top
Siyəzəndə kompleks mülki müdafiə təlimi keçirilib
24 aprel 2026, 15:20
- +

Siyəzəndə kompleks mülki müdafiə təlimi keçirilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal Regional Mərkəzinin təşkilatçılığı ilə Siyəzən rayonunda "İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili" mövzusunda kompleks mülki müdafiə təlimi keçirilib.

Shimal.News xəbər verir ki, kompleks mülki müdafiə təliminə ümumilikdə 196 nəfərdən ibarət şəxsi heyət və 29 ədəd texnika cəlb edilib.

Təlimdə FHN-in Şimal Regional Mərkəzinin (RM) rəisi polkovnik Fuad İlyasov, Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov, FHN-in aidiyyəti qurumlarının nümayəndələri, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, Fövqəladə Hallar Komissiyası, icra hakimiyyətinin Mülki müdafiə qərargahı, idarə, müəssisə və təşkilatların rəhbərləri və mülki müdafiə sahəsində cavabdeh şəxslər, mülki müdafiə xidmətləri, ərazi və obyekt mülki müdafiə dəstələri iştirak ediblər.

Əvvəlcə, Siyəzən rayonunda təlim üçün nəzərdə tutulmuş qərargahda müşavirə keçirilib.

Müşavirədə çıxış edən Şimal RM-in rəisi polkovnik Fuad İlyasov mülki müdafiə tədbirlərinin icra vəziyyətindən danışaraq, bu sahədə idarəetmə orqanlarının qarşılıqlı fəaliyyətinin vacibliyini önə çəkib, fövqəladə halların nəticələrinin aradan qaldırılması istiqamətində qarşılıqlı fəaliyyətin əhəmiyyətindən bəhs edib.

Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov təlimin vacibliyindən danışaraq, mülki müdafiə sahəsində qurumların birgə fəaliyyətinin və əməkdaşlığının əhalinin təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm rol oynadığını diqqətə çatdırıb.

Sonra kompleks mülki müdafiə təliminə start verilib.

Təlimin keçirilməsində məqsəd fövqəladə hallar zamanı əhalinin və ərazilərin mühafizəsinin təşkili üçün mülki müdafiə tədbirlərinin effektli səviyyədə yerinə yetirilməsinin təmin edilməsi, mülki müdafiə qüvvələrinin idarəolunması ilə bağlı vaxtında və düzgün qərarların qəbul edilməsi, həmçinin xilasetmə işlərinin təşkili və aparılması üzrə şəxsi heyətin əməli vərdişlərinin daha da artırılmasından ibarət olub. Bununla yanaşı, təlim keçirilərkən əsas diqqət komandir-rəis heyətinin idarəetmə bacarıqlarının və mülki müdafiə dəstələrinin şəxsi heyətinin peşəkarlıq səviyyəsinin artırılmasına, FHN-in qüvvələri ilə hərbiləşdirilməmiş mülki müdafiə dəstələri arasında qarşılıqlı fəaliyyətin və əməliyyat qərargahının işinin təşkili, xilasetmə və digər təxirəsalınmaz tədbirlərin aparılması zamanı təhlükəsizlik qaydalarına ciddi riayət olunmasına yönəldilib.

Təlim zamanı rayonun mülki müdafiə qüvvələri tərəfindən şərti olaraq fövqəladə hal baş vermiş ərazidə kəşfiyyatın aparılması, ərazinin mühafizəsi, əraziyə giriş-çıxışın məhdudlaşdırılması, yanğınların söndürülməsi, partlayış baş vermiş obyektdə axtarış-xilasetmə işləri həyata keçirilib. Eyni zamanda, zərərçəkmişlərə ilkin tibbi yardımın göstərilməsi, kommunal-enerji sistemlərində qəzaların nəticələrinin aradan qaldırılması, epidemiya və epizootiyaya qarşı mühafizə işlərinin reallaşdırılması, insanların təhlükəsiz ərazilərə köçürülməsi və onların zəruri həyat təminatlarının təşkil edildiyi çadır şəhərciyində müvəqqəti olaraq yerləşdirilməsi tədbirləri simulyasiya edilib.

Tədbirin gedişində FHN qüvvələri, rayonun mülki müdafiə dəstələri və xidmətlərinin qarşılıqlı fəaliyyəti yüksək səviyyədə təşkil edilməklə qarşıya qoyulmuş məqsədlərə nail olunub.

Son xəbərlər

İdman
Dünən, 17:10

"Neftçi" 1000-cü oyununu Qəbələdə keçirəcək – yubileyə bir addım qalıb

Cəmiyyət
Dünən, 16:30

Prezident və birinci xanım Şamaxıya səfər ediblər

Hadisə
Dünən, 15:09

Şəkidə fərdi yaşayış evi yandı – ev sahibəsi xəsarət aldı - FOTO

Cəmiyyət
Dünən, 14:59

Xaçmazda məktəb ətrafında piyada zolaqları yoxdur – Valideynlər narahatdır

İqtisadiyyat
Dünən, 14:03

Azərbaycanda 7 ayda 1696 əkiz və 60 üçəm doğulub

İdman
Dünən, 13:33

"Qəbələ"nin yeni baş məşqçisinin köməkçisi bəlli oldu

Siyasət
Dünən, 13:00

Prezident və birinci xanım Şamaxı rayonuna səfər ediblər

İqtisadiyyat
Dünən, 12:30

Qusarda kənd yumurtası bahalaşdı

Cəmiyyət
Dünən, 11:46

Qəbələ və Zaqatala üçün yeni beynəlxalq hava marşrutu

Cəmiyyət
Dünən, 11:11

Xaçmazda kənd yolunun kənarı zibilliyə çevrilir – Sakinlər narazıdır

Hadisə
Dünən, 10:14

Zaqatalada güllə yarası almış kişi meyit tapıldı

Cəmiyyət
Dünən, 09:47

Şimallı qəhrəman şəhidlərimizin doğum günüdür

Cəmiyyət
Dünən, 09:15

61 yaşlı Şamaxı sakini üzüm yığır: "İşimi sevirəm"

Hadisə
16 sentyabr 2026, 17:59

Şabranda aldığı qarpızlar xarab çıxan kişi satıcını döydü

Cəmiyyət
16 sentyabr 2026, 17:27

Magistratura və doktorantura bitirən zabitlərin rütbədə qalma müddəti azaldılır

Cəmiyyət
16 sentyabr 2026, 16:49

Quba-Xaçmaz bölgəsində böyük layihə hazırlanır

Cəmiyyət
16 sentyabr 2026, 15:54

Qubada şəhid ailələri və müharibə əlilləri üçün mənzillər tikiləcək

İqtisadiyyat
16 sentyabr 2026, 14:40

Turşular bazarlarda neçəyə satılır?

İdman
16 sentyabr 2026, 13:41

"Qəbələ"nin yeni baş məşqçisi bəlli oldu

Cəmiyyət
16 sentyabr 2026, 13:00

Qubada sürücülər gözləyən təhlükə: su kanalının üstü açıq qalıb

Hadisə
16 sentyabr 2026, 12:05

Qəbələdə avtomobilin vurduğu piyada 5 gün sonra həyatını itirdi

Cəmiyyət
16 sentyabr 2026, 11:05

Qubada bu bələdiyyələrin adı dəyişdirilir

İdman
16 sentyabr 2026, 10:16

Şimalın komandaları cərimələndi – AFFA qərar verdi

Hadisə
16 sentyabr 2026, 09:29

Muğanlı aşırımında toyuq daşıyan yük avtomobili aşdı – VİDEO

Oxşar xəbərlər