top
Şimallı qəhrəman şəhidlərimizin doğum günüdür
17 sentyabr 2026, 09:47
- ↺ +

Şimallı qəhrəman şəhidlərimizin doğum günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün Şimal bölgəsindən olan şəhidlər - Rahib Hacı-İsmayılov, Elgün Quliyev və Məhəmməd Xəlillinin doğum günüdür.

Rahib Məmmədəmin oğlu Hacı-İsmayılov 1991-ci il sentyabrın 17-də Şəki şəhərində anadan olub. Sentyabrın 30-dan könüllü olaraq döyüşlərə qatılan Rahib Tərtərin Tülkü Dərəsi, Qapanlı və Ballı Qaya istiqamətlərində gedən döyüşlərdə iştirak edib. Daha sonra Ağdərə istiqamətində döyüşən igidimiz oktyabrın 20-də Ağdərənin azadlığı uğrunda gedən ağır döyüşlərdə şəhid olub.

O, ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları, həmçinin 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Elgün Vasif oğlu Quliyev 1992-ci il sentyabrın 17-də Şamaxı rayonunun Göylər kəndində anadan olub. O, 1998-ci ildə T.Kərimov adına Göylər kənd 2 nömrəli tam orta məktəbin birinci sinfinə daxil olub. Sonrakı illərdə İsmayıllı və Şəki şəhərlərində orta məktəb təhsilini davam etdirib.

Elgün Quliyev 2008-ci ildə Şəki İslam Kollecindən məzun olub. 2010–2014-cü illərdə Sumqayıt Dövlət Universitetinin Tarix fakültəsində "Tarix müəllimliyi" ixtisası üzrə təhsil alıb.

2014-cü ildə müddətli həqiqi hərbi xidmətə çağırılan Elgün Quliyev 2014–2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Füzuli rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edib.

2020-ci ildə müəllimlərin işə qəbulu imtahanından keçərək Lerik rayonunun Sors kəndində müəllim kimi fəaliyyətə başlayıb. Həmin il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı könüllü olaraq Şuşanın azadlığı uğrunda gedən döyüşlərə qatılıb. Elgün Quliyev noyabrın 9-da Şuşa döyüşləri zamanı şəhid olub. O, Şamaxı rayonunun Göylər kəndində torpağa tapşırılıb.

Elgün Quliyev ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" və "Döyüşdə fərqlənməyə görə" medalları, həmçinin 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Məhəmməd İlqar oğlu Xəlilli 2004-cü il sentyabrın 17-də İsmayıllı rayonunun Basqal qəsəbəsində anadan olub. O, orta təhsilini Binəqədi rayonunun Biləcəri qəsəbəsində yerləşən 299 saylı məktəb-liseydə alıb.

Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu olan Məhəmməd Xəlilli 2023-cü il sentyabrın 19-da keçirilmiş lokal xarakterli antiterror tədbirləri zamanı Xocavənd rayonunun Qarakənd kəndi istiqamətində gedən döyüşlərdə şəhid olub.

O, ölümündən sonra "Vətən uğrunda" medalı və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 36-cı günü: XRONİKA

Hadisə
Dünən, 20:38

Anbardar iş adamını aldatdı - 1 milyon manatlıq dələduzluq

Cəmiyyət
Dünən, 19:38

Qusarlı şagird beynəlxalq yarışmada qızıl medal qazandı

Cəmiyyət
Dünən, 18:36

Şəhidlərin xatirəsinə minlərlə addım: Şəhid nəvəsi Qubadadır

Hadisə
Dünən, 18:00

İsmayıllıda oğul içkili atasını öldürdü

Cəmiyyət
Dünən, 17:20

MKA "Apple" cihazlarında təhlükəsizlik boşluğu ilə bağlı istifadəçilərə növbəti dəfə xəbərdarlıq edib

İdman
Dünən, 16:30

Zaqatalalı idmançı ikiqat Avropa çempionu oldu

Cəmiyyət
Dünən, 15:37

Palçığa batan kənd: Bu yoldan kim keçə bilər?

Cəmiyyət
Dünən, 14:45

Zaqatalada qaz olmayacaq

Hadisə
Dünən, 14:00

Şəkidə icra nümayəndəsi bələdiyyə sədrinin başına butulka çırpdı

Cəmiyyət
Dünən, 13:06

Qubanın məşhur alması təhlükədə: Fermerlər minlərlə manat zərərdədir

Cəmiyyət
Dünən, 12:38

Qubada bu məktəb və bağçaların adları dəyişdirilib

Hadisə
Dünən, 11:41

Bakı-Quba yolunda ağır qəza: avtomobil aşdı

Cəmiyyət
Dünən, 11:01

Şahdağa qar yağıb

Cəmiyyət
Dünən, 10:25

SHXÇDX rəisi Qəbələdə vətəndaşları qəbul edəcək

İdman
Dünən, 09:31

"Qəbələ" "Qarabağ"la üz-üzə gələcək

Hadisə
Dünən, 00:01

Vətən müharibəsinin 35-ci günü: XRONİKA

İqtisadiyyat
30 oktyabr 2026, 17:51

Qəbələ və Ağsuda iri su layihələri həyata keçirilir - FOTO

Faydalı
30 oktyabr 2026, 17:47

Dövlətdən dəstək alan Vətən müharibəsi iştirakçısı Qubada biznesini genişləndirib

Bütün xəbərlər
30 oktyabr 2026, 16:53

Şəkidə avtomobil aşdı

Cəmiyyət
30 oktyabr 2026, 16:20

"Shimal.News" yazdı, qurumlar hərəkətə keçdi

Faydalı
30 oktyabr 2026, 15:21

Bakı-Balakən qatarı BU TARİXDƏN yenidən fəaliyyətə başlayır

Kriminal
30 oktyabr 2026, 14:21

Qaxda silsilə oğurluq edən şəxs tutulub

Cəmiyyət
30 oktyabr 2026, 14:00

Noyabrda Şimalın havası necə olacaq?

Oxşar xəbərlər