Bu gün səhər saatlarında Zaqatala rayonunun Danaçı kəndində güllə yarası almış kişi meyit tapılıb.
Kənd sakini 77 yaşlı İbrahim Əhməd oğlu Babayevin üzərində odlu silahdan açılan atəş nəticəsində aldığı ağır xəsarətlər olan meyiti yaxınları tərəfindən aşkarlanıb.
Hadisə yerindən maddi sübut kimi ov tüfəngi götürülüb.
Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.
Mənbə: Apa.аz