Muğanlı–İsmayıllı–Qəbələ avtomobil yolunun Muğanlı aşırımında yük avtomobili aşıb.
Shimal.News xəbər verir ki, qablaşdırılmış toyuq məhsulları daşıyan yük avtomobili idarəetmədən çıxaraq yolun kənarına aşıb.
Qəza nəticəsində yük avtomobili yararsız vəziyyətə düşüb. Xoşbəxtlikdən, xəsarət alan olmayıb.
Hadisə yerindən görüntülərini təqdim edirik.