Şabran rayonunun Ağalıq kəndində yerləşən bazarda dava baş verib.
Belə ki, 58 yaşlı Bayram İsmayılov (şərti adla) bazara gələrək satıcılardan birini döyüb. Zərərçəkənin şikayəti əsasında Bayram saxlanılıb və barəsində inzibati protokol tərtib olunub.
Bayram İsmayılov ifadəsində hadisəyə səbəb aldığı qarpızların xarab çıxması olduğunu bildirib. O, xarab qarpızlara görə bazara qayıdaraq satıcı ilə mübahisə etdiyini deyib. Lakin satıcını vurduğunu etiraf etməyib. Əksinə, xarab qarpızlara görə ziyana düşdüyünü vurğulayıb və barəsində yüngül cəza verilməsini istəyib.
Məhkəmənin qərarı ilə Bayram İsmayılov 300 manat məbləğində inzibati cərimələnib.
Mənbə: Lent.аz