Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəsissələri üçün maarifləndirmə aparılıb. Bu haqda ShimalNews 27 may tarixində məlumat verir.
Tədbir Quba rayonu Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta məktəbində baş tutub. Burada Quba, Qusar və Xaçmaz rayonlarında fəaliyyət göstərən təhsil müəsissələrinin rəhbərləri iştirak ediblər.