Təkrar sertifikatlaşdırma imtahanında müvafiq keçid balını toplaya bilməyən təhsilverənlər üçün komissiyalar yaradılıb. Bu haqda ShimalNews 27 iyun tarixində məlumat verir.
Elm və təhsil nazirinin müvafiq əmri ilə yaradılan komissiyalarda vətəndaşların qəbulu həyata keçirilir. Komissiyaların yaradılmasında məqsəd təkrar sertifikatlaşdırma imtahanında müvafiq keçid balını toplaya bilməyən təhsilverənlərlə işin təşkili, onların sosial statuslarının mərhələli şəkildə qiymətləndirilməsi və alternativ iş imkanlarının araşdırılmasıdır.
Bu günədək Quba-Xaçmaz Regional Təhsil İdarəsi üzrə 28 vətəndaş qəbul edilib.
Komissiyalar 30 iyul tarixinə qədər fəaliyyət göstərəcək.