Sabah şimal bölgəsində havanın, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Bu haqda ShimalNews 11 aprel tarixində Milli Hidrometeorologiya Xidmətinə istinadən məlumat verir.
Lakin gecə bəzi yerlərdə arabir yağıntılı olacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-8° isti olacaq.
Aprelin 14-dən başlayaraq 15-i gündüzədək bəzi yerlərdə arabir yağıntı olacağı gözlənilir. Yağıntının leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.
Şimal: Sabah haya yağmursuz keçəcək