Fevralın 7-si saat 10:00-a olan məlumata əsasən, gecə və səhər bəzi şimal rayonlarında arabir yağıntılı olub, qar yağıb. Bu haqda ShimalNews 7 fevral tarixində Milli Hidrometeorologiya Xidmətinə istinadən məlumat verir.
Qusarda qar örtüyünün hündürlüyü 9 sm, Altıağacda isə 6 sm-dək olub.
Havanın maksimal temperaturu dağlıq rayonlarda 9 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 3 dərəcəyədək şaxta olub.