Qar-su ehtiyatlarının qiymətləndirilməsi məqsədilə yüksək dağlıq ərazilərdə bu gündən qarölçmə işlərinə başlanılır. Bu haqda ShimalNews 7 mart tarixində məlumat verir.
Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzi bildirib ki, 4 qrupdan ibarət ekspedisiya yola salınıb. Onlar Quba və Qusar rayonları ilə yanaşı, ölkəmizin digər ərazilərinə səfər edəcəklər. Çayların hövzələrində 31 marşrut üzrə qar örtüyünün hündürlüyü, çəkisi ölçülərək sıxlığı və sululuğu təyin olunacaq. Proses martın 17-si bitəcək.