Fevralın 6-sı saat 09:00-a olan məlumata əsasən, şimal bölgəsinin bəzi yerlərində külək arabir güclənib. Bu haqda ShimalNews 6 fevral tarixində Milli Hidrometeorologiya Xidmətinə istinadən məlumat verir.
Küləyin maksimal sürəti İsmayıllıda 18 m/s, Qubada 16 m/s-dək güclənib. Qar örtüyünün hündürlüyü Qusarda 2 sm, Qubada 1 sm olub. Havanın maksimal temperaturu dağlıq rayonlarda 10 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 5 dərəcəyədək şaxta olub.
Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraiti bu gün axşamadək davam edəcək.