Şimal bölgəsində bu günə olan hava proqnozu açıqlanıb. Bu barədə ShimalNews 11 yanvar tarixində Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.
Məlumata əsasən, Qubada -8, Qusarda -9, Xaçmazda -3, İsmayıllıda -5 dərəcə şaxta müşahidə edilir. Gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq.
Bölgənin, xüsusən Quba və Qusarın kəndlərarası və mərkəzi avtomobil yolları buz bağlayıb.