Milli Hidrometeorologiya Xidməti sabaha olan hava proqnozunu açıqlayıb. Bu barədə ShimalNews 7 iyun tarixində məlumat verir.
İyunun 8-dən 11-dək Quba, Qusar və İsmayıllıda yağıntılı hava müşahidə olunacaq. Dağlıq ərazilərdə leysan və dolu düşəcəyi ehtimalı var.
Küləkli hava ilə bərabər, çaylarda sululuğun artacağı, qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.