Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə mərd oğullar bəxş edən ana - Nuriyyət xanım vəfat edib. Bu barədə ShimalNews 19 aprel tarixində məlumat verir.
Dəfn mərasimi bu gün 12:00-da Xudatda keçiriləcək.
Nuriyyət xanım Şair, Elman və İlham Ramaldanov kimi zabitlərin anası, Vətən müharibəsi şəhidi, polkovnik-leytenant Babək Ramaldanovun isə nənəsidir. Onun uzun müddət səhhətində narahatlıq var idi.