Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti havanın necə keçəcəyini proqnozlaşdırıb. Bu haqda ShimalNews 22 yanvar tarixində quruma istinadən məlumat verir.
Hazırda Quba və Qusarda qar yağır. Şimal və qərb rayonlarında yanvarın 24-ü axşamadək hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir.