Fövqəladə Hallar Nazirliyi (FHN) Şimal Regional Mərkəzində şəhid övladları üçün tədbir təşkil edib. Bu barədə ShimalNews 1 iyun tarixində məlumat verir.
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə gənclərə yanğınsöndürmə və xilasetmə texnikası izah olunub, avadanlıqlar təqdim olunub və uşaqların sualları cavablandırılıb. Xilasedicilərin nümunəvi təlimi isə uşaqlarda marağa səbəb olub.
Sonunda hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.