Şimal bölgəsində yağıntılı hava şəraiti fevralın 26-dək davam edəcək. Bu haqda ShimalNews 23 fevral tarixində məlumat verir.
Bu gün saat 9:00-a olan məlumata əsasən, qar örtüyünün hündürlüyü Qrızda 3 sm, Altıağac, Qubada 1 sm olub. Düşən yağıntının miqdarı Qubada 3 mm, İsmayıllı, Altıağac, Qusarda 2 mm-dək olub.
Quba, Qusar, Xaltanda duman müşahidə olunub. Dumanda görünüş 50-500 metrədək məhdudlaşıb. Dağlıq rayonlarda havanın minimal temperaturu 4, yüksək dağlıq ərazilərdə 9 dərəcəyədək şaxta olub.