Son sutka ərzində şimal bölgəsində hava şəraiti kəskin dəyişib. Bu barədə ShimalNews 10 yanvar tarixində məlumat verir.
Yanvarın 9-u saat 22:00 radələrində güclü külək və yağıntılı hava şəraiti müşahidə olunub. Düşən yağıntının miqdarı Qusarda 2 mm olub. Qubada isə qarın hündürlüyü 1 sm təşkil edib.
Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, qeyri-sabit hava şəraiti 2 gün davam edəcək.