Şimal rayonlarında Sərhəd-sipər əməliyyatı başlayıb. Bu barədə ShimalNews 3 iyun tarixində məlumat verir.
Tədbir Azərbaycan və Rusiya daxili işlər nazirləri (DİN) arasında əldə olunan qarşılıqlı razılaşmaya əsasən keçirilir.
DİN əməliyyatın nəticələrini sonda açıqlayacaq.
Anoloji əməliyyat fevral ayında keçirilmişdir. Onun məqsədi sərhədyanı əməkdaşlıq məsələləri ilə bağlı qəbul edilmiş qərarların yerinə yetirilməsi, transmilli mütəşəkkil cinayətkar dəstələrin və terrorçu təşkilatların üzvlərinin ifşa edilərək zərərsizləşdirilməsi, silah-sursatın, partlayıcı maddələrin və qurğuların, narkotik vasitələrin, eləcə də digər hüquqazidd əməllərin həyata keçirilməsinə yönələn maliyyə və maddi vəsaitlərin daxilolma kanallarının müəyyənləşdirilib qarşısının alınması sahəsində kompleks təşkilati-praktik tədbirlərin icrasından ibarət olub.