İsmayıllı, Qusar və Xaçmaz rayonlarında xüsusi təhlükəli donuz xəstəliklərinə qarşı epizootoloji monitorinqlər keçiriləcək. Bu haqda 19 aprel tarixində ShimalNews Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir.
25-29 aprel tarixlərində ailə və fermer təsərrüfatlarında saxlanan donuzlar arasında monitorinqlər aparılacaq. Heyvanlardan Afrika taunu, klassik taun, qrip və vezikulyar stomatit xəstəliklərinə laborator müayinələrin aparılması üçün diaqnostik nümunələr götürüləcək, təsərrüfatlar üzrə ümumi baxış keçiriləcəkdir.
Monitorinqlərdə Qida Təhlükəsizliyi Agentliyinin və Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasının mütəxəssisləri iştirak edəcəklər.