top
Sələmçi qadını və ərini öldürən şəxs qərardan narazıdır
13 yanvar 2026, 13:21
- +

Sələmçi qadını və ərini öldürən şəxs qərardan narazıdır

Xaçmaz rayonu Yalama kəndində iki nəfəri öldürməkdə və evi yandırmaqda təqsirləndirilən Ramin Ağaxanov barəsində verilmiş qərardan kassasiya şikayəti verilib.

Pravda.az-ın məlumatına görə, şikayət Ali Məhkəmədə araşdırılacaq.

Təqsirləndirilən şəxs cəzasının yüngülləşdirilməsini xahiş edir.

Qeyd edək ki, hadisə 2023-cü ilin aprel ayında baş verib. Kənd sakinləri Aslan Tarverdiyev və Rumayə Tarverdiyevanın meyitləri  yaşadıqları evdə baş vermiş yanğından sonra aşkar olunub. Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda cinayət işi başlanılıb.

Cinayət işi üzrə hadisə yerinə və meyitlərə baxış keçirilib, məhkəmə-tibb, məhkəmə-genetik, məhkəmə tikinti-texniki, məhkəmə fiziki-kimyəvi və digər ekspertizalar təyin edilib. Bundan əlavə, tədqiqat üçün 600 nəfərə yaxın şəxsdən zəruri nümunələr götürülüb. İstintaqla müəyyən edilib ki, Ramin Ağaxanov zərərçəkmiş şəxslərə olan xeyli miqdarda pul borcunu ödəməkdən yayınmaq məqsədilə onların yaşadığı evə gələrək onları qəsdən öldürüb, cinayət əməlini gizlətmək və izləri məhv etmək üçün evi qəsdən yandıraraq hadisə yerini tərk edib.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ramin Ağaxanov ömürlük azadlıqdan məhrum edilib. Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə şikayət təmin edilməyib.

Son xəbərlər

Cəmiyyət
Dünən, 20:00

Ramazan ayının 22-ci gününün imsak, iftar və namaz vaxtları

Cəmiyyət
Dünən, 18:00

Sabah Şimalın havası necə olacaq?

Cəmiyyət
Dünən, 17:07

Çala-çuxurlu Qəçrəş yolu

İqtisadiyyat
Dünən, 16:10

Qaxda fındıq bağları damcı-damcı suvarılır

Cəmiyyət
Dünən, 15:10

Qubanın üç kəndinin adının dəyişdirilməsi təklifi dəstəklənib

İdman
Dünən, 14:14

"Şamaxı" yeni futbolçu transfer edib

Cəmiyyət
Dünən, 13:27

IDEA könüllüləri Zaqatalada kütləvi ağacəkmə aksiyası keçirib

Cəmiyyət
Dünən, 12:30

Kəmaləddin Heydərov Qəbələdə vətəndaşları qəbul edəcək

İdman
Dünən, 11:40

Balakəndə 200 məktəbli velosiped yarışına qatılıb

Hadisə
Dünən, 10:58

Ödənişli yolda faciə: Ölən də naməlumdur, vuran da

Cəmiyyət
Dünən, 10:30

Qubalı şəhidin doğum günüdür

Cəmiyyət
Dünən, 09:27

Qubanın bu kəndlərinin adları dəyişdiriləcək

Cəmiyyət
10 mart 2026, 20:00

Ramazan ayının 21-ci gününün imsak, iftar və namaz vaxtları

İqtisadiyyat
10 mart 2026, 17:45

1500 tibb işçisi maaş gözləyir: Quba RMX-də nə baş verir?

Hadisə
10 mart 2026, 17:00

"Elmin" şadlıq sarayının fəaliyyəti dayandırıldı

Kriminal
10 mart 2026, 16:41

Balakəndə şadlıq sarayında qanlı dava – Ali Məhkəmədən qərar

İdman
10 mart 2026, 16:26

"Şahdağ Qusar" 6510 manat cərimələndi

Cəmiyyət
10 mart 2026, 15:54

Xaçmaz 2 saatdır işıqsız qalıb, işıqforlar da işləmir - VİDEO

Cəmiyyət
10 mart 2026, 14:50

Xudatda elektrik problemi: "4 stabilizatorum yandı"

Hadisə
10 mart 2026, 14:11

Xaçmazlı 8-ci sinif şagirdi VƏFAT ETDİ

Hadisə
10 mart 2026, 13:50

Ağsuda dələduzluq edən şəxs saxlanılıb

Hadisə
10 mart 2026, 13:10

Qubada 3 kiloqram marixuana müsadirə edildi

Kriminal
10 mart 2026, 12:22

Qubada 41 nəfəri müqaviləsiz işlədən direktor cəzalandırıldı

Faydalı
10 mart 2026, 11:32

Əsrlərin sənət ocağı – Lahıc qəsəbəsi

Oxşar xəbərlər