Vətən müharibəsi şəhidlərinin ailə üzvləri Novruz bayramını Qusarda qeyd edirlər. Bu barədə ShimalNews 13 mart tarixində məlumat verir.
“Mənim atam qəhrəmandır” layihəsi çərçivəsində 200-ə yaxın böyük və uşaq “Şahdağ” Turizm Mərkəzində qonaq olublar. Üç gün davam edəcək tədbirdə onlar üçün ekskursiya təşkil edilib, müxtəlif attraksionlardan, kanat xətlərindən istifadə imkanı yaradılıb, eləcə də təlimçilər tərəfindən xizəksürmə vərdişləri və texnikası öyrədilib, tanınmış müğənnilərin iştirakı ilə musiqili-əyləncəli proqramlar təşkil edilib.