Şahdağ Milli Parkının İsmayıllı bölməsində müxtəlif növ vəhşi heyvanların videogörüntüləri yayılıb. Bu barədə ShimalNews 7 dekabr tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən məlumat verir.
Hazırda İsmayıllı bölməsində sincab, gəlincik, dələ, canavar, çaqqal, tülkü, meşə pişiyi, ayı, qaban, cüyür, maral və s. yaşayır.
Həmçinin 2019-cu ildən başlanmış proses nəticəsində zubrların sayı 41-ə çatdırılıb. Onların 20-si 300 hektar çəpərlənmiş ərazidə yarımsərbəst şəraitdə uyğunlaşma dövrünü keçirlər.