Xaçmazda Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən şəhidin dəfn mərasimi baş tutacaq. Bu haqda ShimalNews 6 may tarixində "Report"a istinadən məlumat verir.
Elşad Qayımov sabah Hacıqurbanoba kəndində torpağa tapşırılacaq.
Qeyd edək ki, Birinci Qarabağ müharibəsində itkin düşdüyü ehtimal edilən E.Qayımov Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən "Peyğəmbərlik" qəbiristanlığında naməlum şəhid kimi basdırılmışdı.