Noyabrın 9-da arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
Shimal.News xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, sabah ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli yağış yağacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi 5-10 m/s, arabir 15 m/s təşkil edəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 10-15° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-5° isti olacaq.