Xaçmazda icra başçısı Elnur Rzayev vətəndaşların fərdi qaydada müraciət və təkliflərini dinləyib. Bu barədə ShimalNews 19 aprel tarixində RİH-yə istinadən məlumat verir.
Qəbulda əvvəlcədən müraciət edən sakinlər iştirak ediblər. Onlar məşğulluq, torpaq sahəsinin sənədləşdirilməsi və digər sosial müdafiə məsələlərini səsləndiriblər.
İcra başçısı vətəndaşların şikayət və təklifləri ilə bağlı qəbulda iştirak edən məsul şəxslərlə müzakirələr aparıb və qaldırılan məsələlərin nəzarətə götürülməsi barədə tapşırıqlar verib.