Vladimirovka kənd inzibati ərazi dairəsinin Dəlləkli kəndində vətəndaşların səyyar qəbulu keçirilib. Bu barədə ShimalNews 13 aprel tarixində quruma istinadən məlumat verir.
Vətəndaşlarla görüşdə Dövlət Təhlükəsizliyi Xidmətinin, Rayon İcra Hakimiyyətinin, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.
İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev sakinlər tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verib.