İsmayıllının icra başçısı Nahid Bağırov Gideyli kəndində sakinlərlə görüş keçirib. Bu barədə ShimalNews 16 iyun tarixində RİH-yə istinadən məlumat verir.
Görüşdə sakinlərin təklifləri və istəkləri dinlənilib. Onları narahat edən məsələlər məsul şəxslərin iştirakı ilə araşdırılıb. Bir sıra çətinliklər yerində həll olunub, icrası zaman tələb edən məsələlər isə nəzarətə götürülüb.