Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri “Firidun bəy Köçərli” mükafatının qalibləri arasındadır. Bu haqda ShimalNews 26 yanvar tarixində “AzEdu.az”a istinadən məlumat verir.
Adıçəkilən mükafata 11 nəfər layiq görülüb. Rövşən Əliyev Region təhsilində nümunəvi idarəçiliyə görə təltif edilib.
2020-ci ildən AzEdu.az Təhsil Portalının təsis etdiyi mükafatın əsas məqsədi təhsilin inkişafında xidmətləri olan şəxsləri diqqət mərkəzində saxlamaq, onların fəaliyyət və uğurlarını geniş şəkildə ictimaiyyətə çatdırmaqdır.
Bu gün böyük maarifçi Firidun bəy Köçərlinin anadan olmasının 161-ci ili tamam olur.