Bakı-Qusar-Laza marşrutu üzrə “Land Rover Range Rover” markalı yolsuzluq avtomobillərinin yürüşü keçirilib. Bu barədə ShimalNews 28 fevral tarixində məlumat verir.
Tədbir Azərbaycan Avtomobil Federasiyası və “Avtolux Azerbaijan”ın təşkilatçılığı ilə baş tutub. Bakının Heydər Əliyev Mərkəzindən start götürən yolçuluq Qusar rayonunda başa çatıb.
Sonra iştirakçılar üçün əyləncəli proqram təşkil edilib, sertifikat və hədiyyələr təqdim olunub.
[caption id="attachment_56727" align="alignnone" width="640"]
Foto açıq mənbələrdən[/caption]