Qusar Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Şair Alxasov vəzifəsindən azad edildikdən sonra həmin vəzifənin səlahiyyətləri digər məmura həvalə edilib. Bu haqda ShimalNews 7 iyun tarixində xəbər verir.
Hazırda başçının birinci müavini Şahid Fərəməzov müvəqqəti rayon rəhbərini əvəz edir. RİH aparatı başçısının hazırda daha iki müavini var: Zoya Eldarova və Elman Mustafayev.