Qusarda “Toyota Prius” markalı nəqliyyat vasitəsinin sürücüsü narkotikin təsiri altında avtomobil idarə edib. Bu haqda ShimalNews 4 iyun tarixində məlumat verir.
Yol hərəkəti qaydalarını kobud şəkildə pozduğuna görə M.Başaratov yol polisləri tərəfindən saxlanılıb. Müayinə zamanı həmin şəxsin narkotik vasitənin təsiri altında olduğu məlum olub.
Polis saxlanılan şəxs barəsində müvafiq tədbir görüb.