Qusar polisi külli miqdarda narkotik vasitəni qanunsuz dövriyyədən çıxarıb. Bu barədə ShimalNews 10 iyun tarixində məlumat verir.
Keçirilən tədbir zamanı Yaşar Balaşov saxlanılıb. Ondan 4 kq marixuana, heroin və psixotrop maddə (metamfetamin) aşkarlanıb.
Faktla bağlı saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.