Qusarlı şəhidin medalı atasına təqdim olundu. Bu barədə ShimalNews 3 noyabr tarixində Bizim.Media-ya istinadən məlumat verir.
Amrid Yunusov Əniğ kəndində anadan olmuşdur. O, Vətən Müharibəsində Xocavənd uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır.
Qarabağ müharibəsi əlilləri, veteranları və Şəhid ailələri İctimai Birliyinin Qusar filialının üzvləri, dövlət qurumların nümayəndələri Əniğ kənd qəbirstanılığında Amridin məzarını ziyarət ediblər.
Daha sonra, şəhidin atası Zaur Yunusova oğluna təltif olunan "Cəsur döyüşçü" medalı təqdim edilib.