Qusar rayonunun Urva kəndində “Peşə təmayüllü siniflərin təşkili” üzrə təhsil alan məktəblilər məhsuldar praktiki dərs keçiblər. Bu haqda ShimalNews 19 yanvar tarixində məlumat verir.
Gənclər məktəbəqədər təhsil müəssisəsini su xətti ilə təmin ediblər.
Həmin şagirdlər hazırda “Kombi-kondisioner usta köməkçisi” qrupunda peşəyə yiyələnirlər. Sonda onlara, eləcə də tam orta təhsil haqqında sənəd təqdim olunacaq.