Qusar rayonunda qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb. Bu haqda ShimalNews 11 yanvar tarixində məlumat verir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olmuş məlumatlar və vətəndaş müraciətləri əsasında araşdırma aparılıb.
Baş Prokurorluqda cinayət işi başlanılıb. Cinayət Məcəlləsinin 259.1, 259.2.3, 259.2.4 və 259.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qulluq mövqeyindən istifadə etməklə, xeyli və külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.