Qusar şəhər Tofiq İsmayılov adına 6 nömrəli məktəbdə görüş keçirilib. ShimalNews bu haqda 2 mart tarixində Quba-Xaçmaz Regional Təhsil İdarəsinə istinadən xəbər verir.
Tədbirə rayonun ümumtəhsil məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri qatılıblar. Onlar növbəti həftələrdə direktor müavinləri üçün keçiriləcək qiymətləndirmə qaydalarını müzakirə ediblər.
Həmçinin 4-cü siniflərdə keçirilən monitorinqlərin sınaq mərhələsi haqqında məlumat verilib.