Qusarın Laza kəndinin yaxınlığında yerləşən Qoşa Şəlalə və Suvar donmuş şəlalələrinin ərazilərinə tur təşkilatçılarının girişi bağlı olacaq. Bu barədə ShimalNews 5 fevral tarixində xəbər verir.
12-18 fevral tarixlərində həmin ərazidə Buzadırmanma Festivalı ilə əlaqədar quruculuq işləri aparılacaq.
Festival özü isə fevralın 17-18-i tarixlərində keçiriləcək. Burada 14 yaşdan yuxarı fərdi idmançıların və idman klublarının iştirakı nəzərdə tutulub.