Qusarda karantin qaydalarını pozan çay evi aşkarlanıb. Bu barədə 27 sentyabr tarixində "Report" məlumat verib.
Rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlər nəticəsində Ramazan Cəlilova məxsus çay evinin müəyyən olunmuş vaxtdan sonra fəaliyyət göstərməsi aşkar edilib.
Ümumilikdə bir neçə nəfər saxlanılıb. Onlar barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.