Qusar rayonunun Gədəzeyxur kəndində yanğın baş verib. Bu barədə ShimalNews 16 fevral tarixində xəbər verir.
Ümumi sahəsi 80 kv.m olan avtomobil təmiri sexi və onun daxilində olan "Mercedes" markalı mikroavtobus yanıb.
Əraziyə FHN-in yanğından mühafizə bölmələri cəlb olunub və sexin 50 kv.m olan hissəsi alovdan mühafizə olunub.