Quba-Xaçmaz Regional Məşğulluq filialı işsiz və işaxtaran şəxslər üçün yarmarka təşkil edəcək. Bu barədə ShimalNews 17 may tarixində xəbər verir.
Tədbir mayın 22-si saat 11:00-da başlayacaq. Qusar rayonunda fəaliyyət göstərən 15 işəgötürən tərəfindən 190 vakansiya təklifi nəzərdə tutulub.
Müraciət edənlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir. Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır.