Qusar rayonunda yerləşən ”Şahdağ Turizm Mərkəzi“ QSC tərəfindən 190-dək vakansiyanın əmək yarmarkasına çıxarılması nəzərdə tutulub. Bu haqda ShimalNews 10 noyabr tarixində məlumat verir.
Yarmarkaya gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir. Tərcümeyi-halın (CV) nümunəsi ilə birlikdə gəlmək arzuolunandır.
Vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı məlumat yarmarkada iştirak edən şəxslərə təqdim olunacaq.
Ünvan: Qusar şəhəri, M.Vəliyev küçəsi (Heydər Əliyev Mərkəzi);
Tarix: 15 noyabr, saat 11:00.