Qusar Olimpiya İdman Kompleksində “Fantaziya” sirki beynəlxalq şou-proqramla çıxış edəcək. Bu barədə ShimalNews 1 mart tarixində “Кусары онлайн”a istinadən məlumat verir.
Tamaşa 9-10 mart tarixlərində saat 11:00 və 15:00-da nümayiş olunacaq. Proqramda Ukrayna, Qazaxıstan, Moldova, və Özbəkistan sirk ulduzları iştirak edəcəklər. Onlar müxtəlif janrlarda və lazer effektli işıqlardan istifadə ilə çıxışlar edərək izləyiciləri əyləndirəcəklər.
Biletləri avtovağzalın çıxışında yerləşən “Aviakassa”dan əldə etmək olar.
Əlaqə nömrələri 051 632 80 80 / 055 312 99 12.