Qusar rayonunun Quxuroba kəndi ərazisində Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun kənarında ov tüfəngi aşkar edilib. Bu barədə ShimalNews 16 fevral tarixində DİN Mətbuat Xidmətinə istinadən xəbər verir.
Ərazidə xidmət aparan YPX Alayının əməkdaşları torpaq sahədə kisəyə bükülmüş vəziyyətdə silah tapıblar. Onu araşdırma aparılması üçün aidiyyəti polis orqanına təhvil veriblər.