Qusar rayonunda Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Bu haqda ShimalNews 23 fevral tarixində məlumat verir.
Tədbir Heydər Əliyev Mərkəzində rayon mədəniyyət müəssisələrinin, Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşlarının iştirakı ilə baş tutub. Çıxış edən qonaqlar Xocalı faciəsinin Azərbaycan xalqının qan yaddaşı, eyni zamanda əsrlər boyu keçdiyi mübarizə və azadlıq yolu, bəşəriyyətə qarşı yönəlmiş mənfur cinayət olduğunu bildiriblər.