Qusar rayon sakini qeyri-münasib formada çəkilmiş şəkilləri ilə şantaja məruz qalıb. Bu barədə ShimalNews 28 fevral tarixində Lent.az-a istinadən məlumat verir.
55 yaşlı qadın polisə ərizə yazaraq bildirib ki, 2 il müddətində Quba rayonundan olan bir gənc tərəfindən hədə-qorxu altında saxlanılıb. Həmin şəxs qadına spirtli içki içirərək sərxoş edib və şəkillərini çəkib. Görüntüləri yaymamaq üçün isə ondan 20.000 manat pul alıb.